Brent neftinin bir bareli 88,85 dollardan satılır
Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 88,85 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 90,07 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barelinin qiyməti günü 88,98 dollardan tamamlayıb.
Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:25-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,1 faiz azalaraq 88,85 dollar olub.
Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin sentyabr fyuçersləri üzrə bir barelinin qiyməti də 83,09 dollar olaraq müəyyənləşib.
Brent neftində texniki baxımdan 89,40 dolların müqavimət, 88,41 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
