Hazırda Azərbaycanda hotellərin doluluq səviyyəsi 30-40 faizdir - Ceyhun Aşurov
"Hazırda avqust ayının ortalarındayıq və bu, turizm üçün ən yüksək mövsüm hesab olunsa da, Azərbaycanda hotellərin doluluq səviyyəsi 30-40 faizdir".
Bunu AFN.az-a açıqlamasında "Smart" hotellər qrupunun rəhbəri Ceyhun Aşurov deyib. O qeyd edib ki, bu hal istər Bakıda, istərsə də regionlarda fəaliyyət göstərən hotellərdə müşahidə olunur.
"Əvvəlki illərdə mövsümün bu qızğın dövründə hotellərin doluluq səviyyəsi 90-100 faiz olurdu. Hazırkı vəziyyət turizm sənayesi nümayəndələrini, xüsusilə də biz hotelçiləri çox çətin duruma salıb", - deyə Ceyhun Aşurov diqqətə çatdırıb.




