Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə
Rusiyada Telegram və Google-a qadağan olunmuş məzmunları silmədikləri səbəbilə ümumilikdə 26 milyon rubl (təxminən 313 min dollar) məbləğində cərimə verilib.
AFN.az xəbər verir ki, paytaxt Moskvanın Taqanski Rayon Məhkəməsi Telegram və Google-a qarşı açılan işlər üzrə qərar qəbul edib.
Sözügedən platformalardakı qadağan olunmuş məzmunlar silinmədiyi üçün qanunlara əməl edilmədiyi qənaətinə gələn məhkəmə Telegram-ın 18,4 milyon rubl, Google-ın isə 7,6 milyon rubl cərimə ödəməsinə hökm edib.
Rusiyada Google və Telegram ilə yanaşı, Instagram, YouTube, X və TikTok kimi digər xarici internet platformalarına da qadağan olunmuş məzmunların silinməməsi və ölkədəki hüquqi öhdəliklərin yerinə yetirilməməsi kimi səbəblərlə daha əvvəl cərimələr tətbiq edilmişdi.
Ölkədə Telegram-a girişə də məhdudiyyət qoyulub.

