Rusiyadan "Google"a astronomik cərimə: 20 decillyon dollar


Rusiya məhkəməsi "Google"a Rusiya media kanallarının məzmununu blokladığına görə təxminən 20 decillyon dollar məbləğində astronomik cərimə cəzası təyin edib. Bu məbləğ Dünya Bankının qlobal ÜDM-in təxminlərindən milyonlarla dəfə çoxdur.



"Google"un bu məbləği ödəmək qabiliyyəti planetin mövcud resurslarından kənara çıxır. Şirkət ən son rübdə 88 milyard dollar gəlir elan etsə də, bu məbləğ cəriməni ödəməkdən uzaqdır.

Sözügedən cərimə 2020-ci ildə Rusiyanın ultra-millətçi "Tsargrad" kanalının ABŞ sanksiyaları səbəbindən "YouTube"da qadağa edilməsindən sonra başlayan dörd illik hüquqi prosesdən sonra hesablanıb.

Rusiyanın 2022-ci ildə Ukraynaya qeyri-qanuni müdaxiləsindən sonra daha çox rus kanalı qadağan olunduğundan, müdafiə nazirliyinə bağlı "Zvezda" da daxil olmaqla 17 media təşkilatı "Google"a qarşı iddia qaldırıb.

Rusiyada məhkəmə Google-u bu silinmiş kanalları YouTube platformasında bərpa etməyə məcbur edib və hər gün üçün 100 min rubl (təxminən 1025 dollar) cərimə kəsib.

“Rəqəmlərlə dolu dava” kimi təsvir edilən bu cərimə hər həftə uçqun kimi getdikcə böyüyüb.

"Google" 2022-ci ildən Rusiyada faktiki olaraq fəaliyyət göstərmir və ölkədəki bank hesablarına həbs qoyulduqdan sonra müflis olduğunu elan edib.

Şirkətin Rusiyadakı işçilərinin bir hissəsi başqa ölkələrə köçərkən, işçilərin bir qismi də ixtisar edilib.

Rusiya hazırda bütün dünyada "Google"un aktivlərini ələ keçirmək üçün mübarizə aparır, lakin hələlik ciddi irəliləyiş əldə olunmayıb.

"Alphabet"in son qazanc hesabatına görə, Rusiyanın məhkəmə çəkişməsi şirkətə ciddi maddi təsir göstərməyəcək.

"Google" məsələ ilə bağlı açıqlama verməyib.

Mənbə: The Register



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu