Mərakeş yığması Kanadaya qalib gələrək dünya çempionatının 1/8 finalına yüksəlib



Mərakeş yığması Kanada milli komandasına qalib gələrək 2026-cı il futbol üzrə dünya çempionatının 1/8 finalına yüksəlib.

AFN.az xəbər verir ki, görüş "NRG Stadium" arenasında baş tutub və mərakeşlilərin xeyrinə 3:0 hesabı ilə başa çatıb.

İlk topu 50-ci dəqiqədə yarımmüdafiəçi Əzzədin Unai vurub. O, 82-ci dəqiqədə dubl edib. İkinci hissəyə əlavə olunmuş səkkizinci dəqiqədə isə hücumçu Süfyan Raimi yekun hesabı müəyyənləşdirib.

2026-cı il dünya çempionatının dörddəbir finalında Mərakeş yığması Fransa və Paraqvay komandaları arasındakı matçın qalibi ilə qarşılaşacaq.

Mərakeşlilər ardıcıl ikinci dəfədir ki, dünya çempionatının dörddəbir finalına yüksəlirlər. Ötən mundialda yığma turnirin yarımfinalına çıxan tarixdə ilk Afrika və ilk ərəb komandası olmuşdu. Nəticədə mərakeşlilər dördüncü yeri tutmuşdular.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu