“Qalatasaray” qalib gəldi, Nəriman Axundzadə sarı vərəqə aldı


“Qalatasaray” Türkiyə Super Liqasında mövsümün ikinci turunu inamlı qələbə ilə başa vurub. İstanbul klubu səfərdə “Ərzurumspor”la qarşılaşmadan 4:0 hesablı üstünlüklə ayrılıb.

AFN.az xəbər verir ki, matçda hesab 12-ci dəqiqədə açılıb. Roland Sallai komandasını önə keçirib. 8 dəqiqə sonra Yunus Akgün fərqi artıraraq “Qalatasaray”ın üstünlüyünü möhkəmləndirib.

İlk hissənin tamamlanmasına az qalmış Viktor Osimhen də adını tabloya yazdırıb. Nigeriyalı hücumçu ikinci hissədə bir dəfə də fərqlənərək komandasının 4-cü qolunu vurub və dublunu rəsmiləşdirib.

Görüşdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə də iştirak edib. “Ərzurumspor”un formasını geyinən hücumçu 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Səfər qələbəsi “Qalatasaray”a mövsümün ikinci turundan sonra 4 xal qazandırıb. Liqaya yeni yüksələn “Ərzurumspor” isə keçirdiyi iki oyundan sonra hələ xal toplaya bilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu