Cənubi Koreyadan Şimala çağırış: Koreya yarımadasında sülh təmin edilsin



Cənubi Koreya Şimali Koreyanı lazımsız tənqidlərə və alçaldıcı ifadələrə son qoymağa və Koreya yarımadasında sülhə çağırıb.

AFN.az xəbər verir ki, Cənubi Koreya Şimali Koreyaya qarşı lazımsız tənqidlərin dayandırılması və Koreya yarımadasında sülhün təmin edilməsi çağırışı edib.

Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Prezident Administrasiyası Şimali Koreya lideri Kim Çen Inın bacısı, eyni zamanda ölkəni idarə edən Koreya Əmək Partiyasının (WPK) Xarici Əlaqələr Departamentinin rəhbəri Kim Yo Conqun açıqlamaları ilə bağlı bəyanat yayıb.

Şimala lazımsız tənqidlərə son qoyulması və Koreya yarımadasında sülh çağırışı edilən açıqlamada “Hökumətimizə və dövlət başçımıza qarşı alçaldıcı ifadələr qarşılıqlı etimadın bərpasına kömək etmir” deyə bildirilib.

Kim Yo Conq dünən ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması qərarından sonra Cənubi Koreyanın çətin vəziyyətdə olduğunu bildirib.

Xatırladaq ki, Tramp avqustun 16-da verdiyi açıqlamada həm təlimlərin çox baha başa gəlməsini, həm də Kim Çen Inla yaxşı münasibətlərini əsas gətirərək, Cənubi Koreya ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdiyini açıqlamışdı.

Bundan sonra Cənubi Koreya Baş Qərargahından (JCS) verilən açıqlamada da avqustun 17-27-də ABŞ ilə birgə keçirilməsi planlaşdırılan “Ulçi Azadlıq Qalxanı” hərbi təliminin avqustun 22-də başa çatdırılacağı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu