Şimali Koreya Cənubi Koreyadan ümidini kəsdiyini açıqlayıb
Şimali Koreya lideri Kim Çen In ölkəsinin bundan sonra Cənubi Koreya ilə barışıq və birləşməyə çalışmayacağını açıqlayıb.
Şimali Koreyanın dövlət mediasının məlumatına görə, Kim Şimali və Cənubi Koreya arasındakı münasibətləri “iki düşmən ölkə, müharibə vəziyyətində olan iki döyüşən dövlət arasındakı əlaqələr” kimi xarakterizə edib.
Qeyd edək ki, Şimali Koreya və Cənubi Koreya 1953-cü ildə Koreya müharibəsindən sonra ayrılıb. Münaqişə atəşkəs razılaşması ilə başa çatsa da, sülh sazişi imzalamayan iki ölkə texniki olaraq hələ də müharibə vəziyyətindədir.