Brent neftinin bir barreli 91,82 dollara yüksəlib



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 91,82 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 92,81 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers kontraktı günü 91,62 dollardan başa vurub. Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:18-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,2 faiz artaraq 91,82 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçers kontraktının bir barrelinin qiyməti də 84,51 dollar olaraq müəyyənləşib.

Neft qiymətləri ABŞ/İsrail-İran müharibəsi və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklərin təsiri ilə yüksək səviyyələrdə qalmaqda davam edir.

Digər tərəfdən, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 4 milyon 400 min barel artaraq 428 milyon 800 min barelə çatdığını açıqlayıb. Bazarın gözləntisi ehtiyatların təxminən 200 min barel artacağı istiqamətində idi.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları da 700 min barel artaraq 209 milyon 400 min barel olub.

Neft və benzin ehtiyatlarındakı artım tələbin aşağı səviyyədə olduğu təsəvvürü yaradaraq qiymətlərin yüksəlişini məhdudlaşdırır.

Brent neftində texniki baxımdan 92,24 dolların müqavimət, 91,46 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu