Brent nefti 91,71 dollardan satılır



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 91,71 dollardan satılır. 

AFN.az xəbər verir ki, dünən 91,21 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers kontraktının bir barrelinin qiyməti günü 90,87 dollardan tamamlayıb.

Brent neftinin bir barrelinin qiyməti bu gün Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,92 faiz artaraq 91,71 dollar olub.

Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçers kontraktının bir barrelinin qiyməti də 84,65 dollar təşkil edib.

Qiymətlərin artmasında ABŞ/İsrail-İran müharibəsinin başa çatdırılmasına dair gözləntilərin zəifləməsi və İranın hücum yönümlü hərbi mövqe tutacağı ilə bağlı xəbərlər təsirli olub.

Digər tərəfdən, qlobal neft ticarəti baxımından kritik əhəmiyyət daşıyan Hörmüz və Babülməndəb boğazlarında dəniz daşımaları ilə bağlı qeyri-müəyyənlik də qiymətlərin yüksəlməsini dəstəkləyir.

Brent neftində texniki baxımdan 95,25 dolların müqavimət, 85,65 dolların isə dəstək bölgəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu