Xanım boksçumuz AÇ-nin yarımfinalında


Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

AFN.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.

Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Qeyd edək ki, bu gün daha 4 idmançımız 1/4 final görüşünə çıxacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu