Brent neftinin bir barreli 88,42 dollardan satılır



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 88,42 dollardan satılır.

AFN.az xəbər verir ki, cümə günü 88,95 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barrel qiyməti günü 88,52 dollardan başa vurub.

Brent neftinin bir barrel qiyməti bu gün saat 10:44 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,11 faiz azalaraq 88,42 dollar olub.

Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin sentyabr fyuçersləri üzrə bir barrel qiyməti də 81,07 dollar olaraq müəyyənləşib.

Ötən həftə 5 faizdən çox artan neft qiymətləri yeni həftənin ilk ticarət günündə qismən geriləyib. Lakin ABŞ/İsrail-İran müharibəsinin sona çatdırılması istiqamətində konkret irəliləyişin əldə olunmaması və Yaxın Şərqdəki geosiyasi risklər enişi məhdudlaşdırıb.

ABŞ ilə İran arasında gərginliyin davam etməsi, Hörmüz boğazında tankerlərə hücumlar, ABŞ-ın İrana yeni iqtisadi sanksiyalar tətbiq edə biləcəyinə dair açıqlamalar və İsrailin Livanın cənubuna hücumları neft tədarükünə dair riskləri aktual saxlayır.

ABŞ-ın İrana yeni iqtisadi sanksiyalar tətbiq edə biləcəyinə dair açıqlamalar da bazarların diqqət mərkəzindədir.

Brent neftində texniki baxımdan 89,31 dollar müqavimət, 88,14 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu