Avropa birjalarında qarışıq mənzərə: Geosiyasi risklər investorları narahat edir



Avropa birjaları həftənin ilk ticarət günündə ABŞ/İsrail-İran müharibəsinin sona çatdırılması istiqamətində konkret irəliləyişin əldə olunmamasının təsiri ilə qarışıq istiqamətdə hərəkət edir.

AFN.az xəbər verir ki, Yaxın Şərqdə baş verən geosiyasi proseslər bazarların istiqamətinə təsir edən əsas amillərdən biri olaraq qalır.

ABŞ ilə İran arasında davam edən gərginliklə yanaşı, İsrailin Livana qarşı yeni hücumları və ABŞ-ın İrana yeni iqtisadi sanksiyalar tətbiq edə biləcəyinə dair açıqlamalar geosiyasi qeyri-müəyyənliyi artırır.

Analitiklər bazarlara ən çox təsir edən amilin geosiyasi qeyri-müəyyənlik olduğunu bildirərək, bunun risk iştahı üzərində təzyiq yaratdığını qeyd ediblər.

Avropa tərəfində də davam edən geosiyasi risklərin neft qiymətlərini yüksəltməsi fonunda birjalarda qarışıq dinamika müşahidə olunur.

Avropa bazarlarında saat 11:35 etibarilə Stoxx Europe 600 göstərici indeksi 0,2 faiz artaraq 659 bəndə, İngiltərədə FTSE 100 indeksi isə 0,3 faiz yüksələrək 10 783 bəndə çatıb.

Almaniyada DAX 40 indeksi dəyişməyərək 26 451 bənddə, İtaliyada FTSE MIB 30 indeksi 0,4 faiz artımla 53 780 bənddə, Fransada CAC 40 indeksi 0,1 faiz azalaraq 8 629 bənddə, İspaniyada isə IBEX 35 indeksi 0,1 faiz geriləyərək 20 110 bənddə qərarlaşıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu