Instagram və Facebook köklü şəkildə dəyişə bilər



ABŞ-da Kaliforniya və Nyu-Yorkun da daxil olduğu 30 ştatın Meta-ya qarşı uşaqların məxfiliyi ilə bağlı açdığı məhkəmə işində dinləmələr başlayır.

AFN.az xəbər verir ki, ştatlar gənc istifadəçilərin hədəfə alınaraq platformalardan asılı vəziyyətə salındığını iddia edir və şirkətdən 1 trilyon dollardan çox təzminat tələb edir.

ABŞ-da 30 ştatın Meta-ya qarşı açdığı məhkəmə işi nəticələnərsə, Instagram və Facebook köklü dəyişikliklərlə üzləşə bilər.

Məhkəmə işində ştatlar gənc istifadəçilərin hədəfə alınaraq platformalardan asılı vəziyyətə salındığını iddia edərək şirkətdən 1 trilyon dollardan çox təzminat tələb edir.

Məhkəmə nəticəsində Instagram və Facebook platformalarında köklü dəyişikliklərin edilməsi tələb olunur.

Ştatların Meta-dan tələb etdiyi dəyişikliklərə bunlar daxildir:

Gənc istifadəçilər üçün valideyn təsdiqi prosesinin tətbiq edilməsi

Bəyənmə saylarının və sonsuz sürüşdürmə funksiyalarının dayandırılması

Tövsiyə alqoritmlərinin dəyişdirilməsi

Görünüşü dəyişdirən filtrlərin aradan qaldırılması

Videoların avtomatik oynadılmasının dayandırılması

Birdən çox hesab açılmasının qadağan edilməsi

Hekayələr kimi müddətli məzmunların aradan qaldırılması

Ötən günlərdə Nyu-Meksikoda oxşar məhkəmə işində hakim Bryan Biedscheid Meta-nı 942 milyon dollar məbləğində cərimələyib və şirkəti ictimai sağlamlıq üçün təhlükə yaradan amil kimi qiymətləndirib.

Sözügedən qərarda 18 yaşdan aşağı istifadəçilər üçün bəyənmə saylarının ləğv edilməsi və bildirişlərin müəyyən saatlarla məhdudlaşdırılması qərara alınıb.

30 ştatın açdığı məhkəmə işinin də Meta-nın əleyhinə nəticələnməsi halında bu məhdudiyyətlərin ABŞ-ın bütün ərazisində tətbiq ediləcəyi gözlənilir.

Meta rəsmiləri isə ittihamları qəbul etmədiklərini və gənc istifadəçilərin qorunması məsələsində uzun müddətdir qəti mövqe nümayiş etdirdiklərini bildiriblər.

Daxili araşdırmalar sosial medianın gənclər üzərindəki mənfi təsirlərini ortaya qoyarkən, ştat prokurorları bəyənmə saylarının yetərsizlik hissinə, depressiyaya və bədən görünüşü ilə bağlı narahatlıqlara səbəb olduğunu vurğulayırlar.

Məhkəmə işinə ABŞ federal hakimi Yvonne Gonzalez Rogers baxacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu