Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib
İspaniyanın Şimali Afrikadakı Muxtar Seuta şəhərində yüzlərlə miqrant ölkə rəhbərliyindən onlara sığınacaq verilməsini tələb edərək etiraz aksiyası keçirib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, çimərlikdə kortəbii düşərgə salan miqrantlar İspaniya bayraqları dalğalandırıb, "Mərakeşə qayıtmaq istəmirik" və "Biz də insanıq" yazılmış plakatlar qaldıraraq ölkədən sığınacaq verilməsini tələb ediblər.
İyulun sonlarında on minlərlə qanunsuz miqrant şəhəri Mərakeşdən ayıran dalğaqıranı keçərək üzərək və piyada yolla Seutaya çata bilmişdi. Böhran fonunda Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək göstərmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Qanunsuz miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur, lakin İspaniya hakimiyyətinin məlumatına görə, şəhərdə hələ də 5 minə yaxın miqrant qala bilər.
