İspaniya miqrantlara kömək üçün Seutaya 6,5 milyon avro ayırıb - media


İspaniyanın İnteqrasiya, Miqrasiya və Sosial Təminat Nazirliyi miqrantlara yardım sistemini gücləndirmək üçün Seuta muxtar şəhərinə 6,5 milyon avro məbləğində vəsait ayırıb.

AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Europa Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu addım bütün mövcud qəbul və yardım mexanizmlərini möhkəmləndirmək, eləcə də müvəqqəti saxlanma mərkəzlərində olan miqrantlara sosial-tibbi qulluğu təmin etmək məqsədi daşıyır.

İspaniya tərəfinin məlumatına görə, iyulun sonlarında 50 minlə 60 min arasında qanunsuz miqrant Seuta sərhədini keçə bilib. Mərakeş DİN-in məlumatına əsasən isə Seutaya doğru 40 minə yaxın, Melilyaya doğru isə 1 135 nəfər qanunsuz keçid etməyə cəhd göstərib.

Rəsmi Mərakeşin məlumatına görə, sərhədi keçərkən 11 nəfər həlak olub, İspaniya hökuməti isə Seutaya çatmaq istəyərkən ən azı 72 nəfərin həyatını itirdiyini bildirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu