Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısına daha 19 ad əlavə edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı sənədə əsasən, məhdudiyyətlərə 12 şirkət (o cümlədən 7 bank), 1 fiziki şəxs və 6 gəmi daxil edilib.
Sanksiya siyahısına düşənlər:
• "Ozon Bank"
• "Roseximbank"
• "Center-invest" bankı
• "Realist Bank"
• "Stavr" bankı
• "Teleport Bank"
• "Oney Bank"
• "Severny Engineering" şirkəti
• "Metallkomplekt" şirkəti
• "Nikom" şirkəti
• "Promsiz" şirkəti
• "Technolux" şirkəti
• "Siltron" firmasının sahibi Aleksandr Jdanov
Məhdudiyyətlərə əsasən, siyahıdakı şirkətlərin Britaniya banklarındakı hesabları aşkar edildiyi təqdirdə dondurulacaq, fiziki şəxslərin isə ölkə ərazisinə girişi qadağan olunacaq.


