Şimali Koreya Yaponiya dənizi istiqamətinə naməlum raket buraxıb



Cənubi Koreya Şimali Koreyanın Yaponiya dənizi (Şərq dənizi) istiqamətinə naməlum raket buraxdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargahından (JCS) verilən açıqlamada bildirilib ki, Pxenyan ölkənin şərq sahilləri yaxınlığından Yaponiya dənizi istiqamətində naməlum raket buraxıb.

Açıqlamada buraxılan raketin növü və texniki xüsusiyyətləri barədə əlavə məlumat verilməyib.

Yaponiya Müdafiə Nazirliyi isə yaydığı açıqlamada buraxılan obyektin ballistik raket ola biləcəyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu