Cənubi Koreya Şimala yönəlik təbliğat yayımını dayandırdı


Cənubi Koreya ordusu Şimali Koreyanın ötən il göndərdiyi zibil şarlarına cavab olaraq sərhəd bölgələrində başladığı səsgücləndiricilər vasitəsilə aparılan təbliğat fəaliyyətini iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində dayandırdığını açıqlayıb.



Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreya Baş Qərargah Rəisliyindən (JCS) məsələ ilə bağlı rəsmi açıqlama verilib.



Açıqlamada sərhəd bölgəsində Şimali Koreyaya qarşı yayımlanan təbliğat səsgücləndirici proqramlarının dayandırıldığı qeyd olunaraq, “Bu qərar Koreya yarımadasında qarşılıqlı etimad və sülhün yenidən qurulması vədinə əməl etmək səylərinin bir hissəsi kimi qəbul edilib” – deyə bildirilib.



Cənubi Koreyanın yeni vəzifəyə başlayan Prezidenti Li Cae-myung isə “Koreya yarımadasında davamlı sülh qurmaq üçün Şimalla (Koreya) əlaqə kanalları açacaq, dialoq və əməkdaşlıq axtarışında olacağıq” – deyə bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu