Cənubi Koreya Şimali Koreyanın yenə “zibil şarları göndərdiyini bildirib
Cənubi Koreya Şimali Koreyanın yenə ölkəyə zibil olduğu düşünülən hava şarları göndərdiyini açıqlayıb.
Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada bildirilir ki, Şimali Koreyadan yenə zibil daşıdığı ehtimal olunan şarlar göndərilib.
Açıqlamada, dəqiq sayı bilinməyən şarların paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etdiyi qeyd edilib və vətəndaşlara şarlara toxunmamaq və onları gördükdə aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
Bu insident Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərməsindən sonra başlayıb.
Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 3 mindən çox zibil daşıyan şar göndərib.