Həbs edilən vəkilin yeznəsi məhkəmə sədridir


11 saylı vəkil bürosunun vəkili İlqar Həmidovun həbs edilməsi barədə məlumat yayılıb.

AFN.az xatırladır ki, dələduzluqda ittiham olunan vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info-nun İlqar Həmidovun həbsi ilə bağlı əldə etdiyi digər məlumatlara görə, “Bandotdel” əməkdaşları vəkili çalışdığı bürodan götürüblər.

Əvvəllər Bakının bir sıra rayonlarının polis idarələrində müstəntiq kimi çalışmış İlqar Həmidovun həbsi təəccübə səbəb olub.

Aparılan araşdırma zamanı o da bəlli olub ki, İlqar Həmidovun bir sıra yaxınları hüquq-mühafizə və məhkəmə orqanlarında çalışırlar. Onun qaynı Samir Məmmədov isə Quba Rayon Məhkəməsinin sədridir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu