Quş qripi yayılır: Avstraliya ev quşlarını qapalı məkanlara keçirir



Avstraliyanın Viktoriya ştatında "H5N1" tipli quş qripi hallarının artmaqda davam etməsi səbəbindən ev quşlarının qapalı məkanlarda saxlanılmasına qərar verilib.

AFN.az xəbər verir ki, Viktoriya ştatı bu tədbiri tətbiq edən ölkədə ilk bölgə olub.

ABC News-un məlumatına görə, sözügedən tədbir Melburn metropoliten ərazisində, sahilyanı bölgələrdə və bəzi qonşu ərazilərdə 50 və ya daha çox ev quşu saxlayan şəxslərə şamil ediləcək. Tədbirin ilkin olaraq 14 gün davam edəcəyi bildirilib.

Yerli rəsmilərdən Michaela Settle tədbirin ev quşlarının vəhşi heyvanlarla təmasının qarşısını almaq məqsədi daşıdığını bildirib. O, hökumətin bu tədbirin xəstəliyin yayılmasının qarşısını alacağına ümid etdiyini qeyd edib.

Avstraliyanın baş baytar həkimi Beth Cookson aparılan testlər nəticəsində Viktoriya ştatında daha 20 yeni müsbət halın aşkarlandığını bildirib. Bununla da Avstraliyada indiyədək təsdiqlənmiş yoluxma hallarının sayı 175-ə çatıb.

Avstraliyada 19 iyunda "H5N1" tipli quş qripi virusunun səbəb olduğu ehtimal edilən ilk hal aşkarlanıb. 29 iyulda isə xəstəliyin vəhşi quşlar arasında "lokal şəkildə" yayıldığı müəyyən edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu