Almaniyada PUA-lardan mərkəzləşdirilmiş müdafiə sistemi yaradılması təklif olunur


Almaniya parlamentinin (Bundestaq) Müdafiə komitəsinin sədri Tomas Rövekamp Leypziq/Halle hava limanında PUA ilə bağlı baş verən insidentdən sonra Almaniyada pilotsuz uçuş aparatlarından mərkəzləşdirilmiş müdafiə sisteminin yaradılmasını təklif edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Rövekamp dronlardan müdafiə funksiyalarının vahid şəkildə Almaniya Daxili İşlər Nazirliyinə həvalə edilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, mülki infrastruktura qarşı dron təhlükəsinə operativ cavab vermək üçün çoxsaylı aviasiya təhlükəsizliyi idarələri əvəzinə vahid mərkəzi qurum tələb olunur. Hazırda ölkə aeroportlarında PUA-lardan müdafiəyə Federal Polis cavabdehdir, həmçinin keçən ilin sonunda yaradılmış federal və torpaq səviyyəli Birgə Müdafiə Mərkəzi fəaliyyət göstərir. Bundesver (Almaniya Silahlı Qüvvələri) isə yalnız digər qurumların imkanları tükəndikdə prosesə cəlb olunur.

Qeyd edək ki, Leypziq/Halle hava limanı cənub uçuş-enmə zolağı yaxınlığında naməlum uçan obyekt və şübhəli əşya aşkar edildikdən sonra uçuşları dayandırıb. Dron və əldəqayırma partlayıcı qurğu aeroport əməkdaşı tərəfindən Ukraynaya məxsus "An" yük təyyarəsinin yanında tapılıb, partladıcı zərərsizləşdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu