Avstraliya ABŞ-dan HHQ üçün 500 milyon dollarlıq raket almaq niyyətindədir
Avstraliya Hərbi Hava Qüvvələri üçün ABŞ-dan "hava-hava" tipli ən yeni "AIM-260A JATM" taktiki raketlərinin alınmasına 492,5 milyon dollar vəsait ayırıb.
AFN.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marlza "X" sosial şəbəkəsində xəbər verib.
"Avstraliya ABŞ-dan kənarda bu qabaqcıl uzaqmənzilli 'hava-hava" raketlərindən istifadə edən ilk ölkə olacaq", – deyə Marlz qeyd edib. Təxminən 450 ədəd raketin tədarük müddəti barədə məlumat verilmir.
İlkin olaraq "Lockheed Martin" korporasiyası tərəfindən hazırlanan "AIM-260A JATM" raketinin 2022-ci ildə silahlanmaya qəbul edilməsi planlaşdırılırdı. Lakin proqramın icrası çətinliklərlə üzləşib. Son məlumatlara görə, yeni raketlər qoşunlara 2026–2027-ci illərdə daxil olmağa başlayacaq.
Avstraliya HHQ-si üç eskadrilya və bir təlim-məşq bölməsi arasında bölüşdürülmüş 72 ədəd "F-35A" qırıcı təyyarəsinə malikdir.


