ABŞ Norveçə təxminən 1,94 milyard dollarlıq hərbi satışa icazə verib
ABŞ Dövlət Departamenti Norveçə təxminən 1,94 milyard dollar dəyərində qabaqcıl orta mənzilli hava-hava raketləri və digər hərbi texnikanın satışını təsdiqləyib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyindən (DSCA) verilən açıqlamada Norveçin 300 ədəd "AIM-120C-8" qabaqcıl orta mənzilli hava-hava raketi alacağı, 20 raket yönləndirmə sistemi və digər hərbi materialları tələb etdiyi ifadə edilib.
Açıqlamada təxminən 1,94 milyard dollar dəyərində raket və hərbi texnikanın alınması tələbinin Xarici İşlər Nazirliyi tərəfindən qəbul edildiyi və müvafiq sənədlərin Konqresin təsdiqinə təqdim edildiyi bildirilib.
Qeyd edilib ki, bu satış Norveçin hazırda malik olduğu raketləri ən son versiyalarla əvəz etməklə cari və gələcək təhlükələrə cavab vermək qabiliyyətini artıracaq.