Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi alyansda birləşdilər
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaqın yaradılması haqqında pakt imzalayıblar. Sənədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Şahbaz Şərif imza atıblar.
AFN.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın Ankaradakı mənbələrinin verdiyi məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq də daxil olmaqla regional böhranların tənzimlənməsi üzrə səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatlarını mübadilə etməyi planlaşdırırlar.
"İslam NATO-su" adlandırılan alyansın yaradılması üzrə danışıqlar keçən ilin sonundan aparılırdı. Bu əməkdaşlığın istiqamətlərindən biri Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil "Kaan" qırıcı təyyarəsinin yaradılması proqramına qoşulması ola bilər.


