Səudiyyə Ərəbistanı Ukrayna böhranının həlli üçün səylərini davam etdirəcək


Səudiyyə Ərəbistanı Ukrayna böhranının həllinə yönəlmiş səyləri davam etdirməyə hazırdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ər-Riyadda ABŞ və Fars körfəzinin ərəb monarxiyalarının sammitində çıxışı zamanı deyib.

"Biz Krallığın Ukrayna böhranının həlli üçün siyasi həll yolunun tapılmasına yönəlmiş səyləri davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyirik. Biz bu böhrana son qoymağa çalışan ABŞ prezidenti Donald Trampın səylərini də alqışlayırıq. Bugünkü sammit təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün regional və beynəlxalq məsələlər üzrə əməkdaşlıq və koordinasiyanı davam etdirməyə hazır olduğumuzu nümayiş etdirir", - deyə vəliəhd bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu