Delsi Rodriges 8 ildən sonra Venesuelanı BMT-də təmsil edə bilər
Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriges gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin tədbirlərində iştirak etməyi planlaşdırır.
AFN.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Rodrigesin səfəri baş tutacağı təqdirdə, o, son səkkiz ildə BMT Baş Assambleyasının bu tədbirlərində şəxsən iştirak edən ilk Venesuela rəhbəri olacaq.
“Bloomberg” yazır ki, səfər Karakasla ABŞ Prezidenti Donald Trampın administrasiyası arasında münasibətlərin sürətlə normallaşması istiqamətində mühüm addım ola bilər.
ABŞ Maliyyə Nazirliyinin 2026-cı ilin aprelində Rodrigesə qarşı tətbiq olunan sanksiyaları ləğv etdiyi və bununla da onun ABŞ-a səfəri qarşısındakı əsas maneələrdən birinin aradan qaldırıldığı bildirilir.
Rodrigesin səfər zamanı Maduro ilə görüşüb-görüşməyəcəyi barədə məlumat yoxdur.
BMT Baş Assambleyasının yüksək səviyyəli ümumi siyasi debatları dövlət və hökumət başçıları, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə sentyabrın 22-26-da və 28-də təşkil olunacaq.


