Pentaqondan kosmosdakı silahlarla bağlı şok açıqlama



ABŞ orbitdə kosmik məkana nəzarət etmək və ölkənin silahlı qüvvələrini mümkün düşmən hücumlarından qorumaq üçün silahlara malikdir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meynk deyib. O, bu barədə Vaşinqton yaxınlığında keçirilən Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələr Assosiasiyasının konfransında çıxışı zamanı danışıb.

Meynkin sözlərinə görə, ABŞ dəyişən təhdidlərə qarşı hazırlığını davam etdirir və bunun üçün orbitdə yerləşdirilmiş silah imkanlarından istifadə edir.

Konfransın moderatoru sözügedən silahlar barədə daha ətraflı məlumat verməsini istəsə də, nazir bundan imtina edib. O, yalnız ABŞ-ın uzaq məsafələrdə hərbi əməliyyatlar aparmaq və öz qüvvələrini idarə etmək imkanlarını inkişaf etdirdiyini deyib.

Meynkin qeyd edib ki, bir sıra ölkələr ABŞ-ın kosmik imkanlarını məhdudlaşdırmağa və onları sıradan çıxarmağa yönəlmiş vasitələr hazırlayır. Bu səbəbdən Vaşinqtonun həm havada, həm də kosmosda üstünlüyünü qorumasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri katibi Pentaqonda mülki vəzifədir. Bu vəzifənin əsas səlahiyyətlərinə hərbi hava qüvvələrinin gündəlik fəaliyyətinin təşkili, texnika və avadanlıqların alınması, eləcə də maliyyələşdirmə məsələləri daxildir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu