Estoniya Fransanın nüvə çəkindirməsi təşəbbüsünə qoşulmağı müzakirə edir


Estoniya Fransanın Avropada “inkişaf etmiş nüvə çəkindirməsi” təşəbbüsünə qoşulmaq imkanını Parislə müzakirə edir.

AFN.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal açıqlayıb.

Onun sözlərinə görə, Fransanın təşəbbüsünə qoşulmaq sadə prosedur deyil və bunun üçün müəyyən imkanlar və hazırlıq səviyyəsi tələb olunur.

Mixal Fransanın Estoniyanın təhlükəsizliyinə töhfə verdiyini də qeyd edib. O bildirib ki, Fransa artıq Estoniyada hərbçilər yerləşdirərək ölkənin müstəqilliyinin təmin olunmasına dəstək verir: "Əgər nüvə sahəsində əməkdaşlığı dərinləşdirmək mümkün olarsa, yəqin ki, bu istiqamətdə də irəliləyəcəyik”.

Mixal əlavə edib ki, Estoniya artıq NATO-nun nüvə çətiri altındadır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu