Yaponiya Babül-Məndəb boğazında gəmiçiliyə təhlükədən narahatdır
Yaponiya Yəməndəki vəziyyətdən və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan Babül-Məndəb boğazında gəmiçiliyin təhlükə altında olmasından narahatdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Motegi ilə Yəmənin xarici işlər naziri Afrah əz-Zubanın telefon danışığı zamanı bildirilib.
Moteginin sözlərinə görə, husilərin fəaliyyəti Babül-Məndəb boğazı və Qırmızı dəniz də daxil olmaqla, bütün regionda sabitliyi təhdid edir və boğazda gəmiçiliyin azadlığı və təhlükəsizliyi üçün ciddi risk yaradır.
Tərəflər Yəməndə və Babül-Məndəb boğazı ətrafında sabitliyin beynəlxalq ictimaiyyət, o cümlədən enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıblar.
Yaponiya XİN rəhbəri ölkəsinin İrandan husiləri təmkinli olmağa çağırmasını istədiyini də bildirib.

