ABŞ İsraili Livanla gərginliyi azaltmağa çağırıb - media


Birləşmiş Ştatlar İsraili Livanda gərginliyi azaltmağa çağırıb və tərəflər arasında Romada keçirilən danışıqlar prosesinə dəstəyini ifadə edib.

AFN.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton Livan tərəfini də İsrail ilə danışıqlar prosesinin uğurla başa çatdırılmasına sadiq olduğuna inandırıb.

Ötən gün ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib ki, İsrail və Livan nümayəndə heyətləri ekspert və texniki səviyyədə Romada məhsuldar üçgünlük məsləhətləşmələr aparıblar. Onun sözlərinə görə, hər iki tərəfin mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu