NATO-nun xüsusi nümayəndəsi hər iki tərəfi gərginliyi azaltmağa çağırdı
NATO Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırıb.
“Biz insan itkisinə görə dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, - bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz Tviter səhifəsində yazıb.
O qeyd edib ki, NATO Azərbaycan və Ermənistan qüvvələri arasında toqquşmalara dərhal son qoymağa çağırır və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardırlar.