Məlum oldu ki, o məktəblərin direktorları yaxşı oxumayanları kənarlaşdırıblar - Emin Əmrullayev
“Əvvəllər bəzi məktəblər olurdu ki, onların nəticələri qısa müddətdə nəzərəçarpacaq dərəcədə yaxşılaşırdı. Araşdırma apardıqda isə məlum olurdu ki, həmin məktəblərin direktorları zəif oxuyan şagirdləri məktəbdən uzaqlaşdırıblar. Amma bu, düzgün yanaşma deyil”.
AFN.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, zəif nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırmaq əvəzinə, onlara dəstək göstərmək lazımdır:
“Bacarıqlı, olimpiadalarda uğur qazanan uşaqlar onsuz da nailiyyət əldə edəcəklər. Daha çox dəstəyə ehtiyacı olan şagirdlərə yardım etdikdə isə həm onların nəticələri yüksəlir, həm məktəbin göstəriciləri yaxşılaşır, həm də təhsilimiz bundan faydalanır”.


