Təzyiq problemi yaşayan təyyarə 10 dəqiqəyə 27 min fut hündürlük itirdi



Los-Ancelesdən Solt-Leyk-Sitiyə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə gözlənilmədən kabin təzyiqinin azalması nəticəsində 10 dəqiqə ərzində təxminən 27 min fut hündürlük itirib.

AFN.az xəbər verir ki, “Boeing 737-900ER” tipli təyyarə daha sonra Las-Veqasa təcili eniş edib.

Təyyarə sentyabrın 6-da kabin təzyiqini itirib. Bundan sonra uçuş heyəti təyyarəni Las-Veqasa yönəldib.

Sərnişinlərin sözlərinə görə, uçuş zamanı oksigen maskaları avtomatik olaraq aşağı düşüb və təyyarə qəfil hündürlük itirməyə başlayıb.

Sərnişinlərdən biri bildirib ki, kabin heyətinin üzvləri öz oksigen maskalarından istifadə etdikləri üçün sərnişinlərlə aydın şəkildə ünsiyyət qurmaqda çətinlik çəkiblər. O, vəziyyətin olduqca qorxulu olduğunu deyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan pilotu Mettyu Bakli bu cür kabin təzyiqi problemlərinin ABŞ-da son dərəcə nadir hallarda baş verdiyini bildirib.

Təyyarə Harri Rid Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə enib. Sərnişinlər normal qaydada təyyarədən təxliyə olunublar.

“Delta Air Lines” şirkətinin nümayəndəsi bildirib ki, uçuş heyəti təlim və müəyyən edilmiş prosedurlara uyğun hərəkət edərək təyyarəni təhlükəsiz hündürlüyə endirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu