Kaliforniyada uşaqlar üçün internetə nəzarət gücləndirilir



ABŞ-ın Kaliforniya ştatında uşaqların internet təhlükəsizliyinin artırılmasını nəzərdə tutan qanunlar imzalanıb.

AFN.az xəbər verir ki, Kaliforniya qubernatoru Qavin Nyusom uşaqların internetdən və süni intellektdən istifadə zamanı təhlükəsizliyinin artırılmasını, həmçinin 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan qanunları imzalayıb.

Kaliforniya qubernatorluğundan uşaqların internet təhlükəsizliyinin artırılmasına yönələn qanunlarla bağlı yazılı açıqlama verilib.

Açıqlamada Nyusomun ştat qanunverici orqanında hər iki partiyanın dəstəyi ilə təsdiqlənən internetlə bağlı qanunları imzaladığı bildirilib.

Qanunların internet və süni intellektdən istifadə zamanı uşaqların təhlükəsizliyinin artırılmasını nəzərdə tutduğu bildirilib. Eyni zamanda sosial media platformalarına 16 yaşdan aşağı uşaqlara əlavə funksiyalar təqdim etmək qadağan edilib.

Açıqlamada bununla ABŞ-da ilk dəfə bir ştatın internet istifadəsini bu qədər geniş şəkildə tənzimləyən qanun qəbul etdiyi vurğulanıb.

Qubernator Qavin Nyusom məsələ ilə bağlı açıqlamasında uşaqların təhlükəsizliyinin texnologiya ilə bağlı bütün müzakirələrin mərkəzində dayanmalı olduğunu bildirib.

O qeyd edib ki, innovasiyalar sürətləndikcə qoruyucu tədbirlər də bu inkişafla ayaqlaşmalıdır. Nyusomun sözlərinə görə, qəbul edilən qanun nəzarətsiz texnologiyanın uşaqları təhlükə qarşısında qoyduğu hallarda Kaliforniyanın buna göz yummayacağını açıq şəkildə göstərir.

Qubernator vurğulayıb ki, innovasiya məsuliyyət gətirir və uşaqların qorunması hər şeydən əvvəl gəlir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu