"Meta"dan 16 yaşdan kiçilərin sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsinə etiraz

ABŞ-ın Florida ştatında 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsinin qəbul edilməsinə sosial platformalardan reaksiya gəlib.
Facebook və Instagram da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən "Meta" şirkətindən verilən açıqlamada Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa deyil, başqa bir həll tapılması çağırışı edilib.
"Hazırda bir çox gənc part-time iş, ali təhsil, dini görüşlər və hərbi xidmətlər kimi bir çox sahədə məlumat əldə etmək üçün internet və tətbiqlərdən istifadə edir. 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan etməklə sizin gənclər digər regionlardakı həmyaşıdlarına nisbətən dezavantajlı olmaq riski altındadır" - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini 106 lehinə, 13 əleyhinə olmaqla qəbul edib.