Floridada 16 yaşdan kiçiklər üçün sosial media qadağası təsdiqlənib
ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası valideynlərinin razılığından asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsinə səs verib.
Qanun layihəsi 106 lehinə, 13 əleyhinə olmaqla qəbul edilib.
Bu qadağalardan hansı sosial media şirkətlərinin təsirlənəcəyi ilə bağlı heç bir siyahı olmasa da, istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən bütün platformaların bu qadağalar daxilində olduğu bildirilib.
Qanun layihəsinin sponsorlarından olan Tayler Sirois çıxışında bildirib ki, sosial media şirkətləri böyüyən uşaqlardan istifadə edirlər.
Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkar edilən hesabları bağlamağı tələb edir.
Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.