İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan etmək niyyətindədir
İran parlamenti ABŞ və İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.
AFN.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Məclisinin Rəyasət Heyətinin üzvü Əli Rza Səlimi məlumat verib.
"Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsinə dair strateji tədbirlər haqqında" qanun layihəsinin mətni hazırda Milli Təhlükəsizlik Komitəsində müzakirə olunur", – deyə Səlimi bildirib. O qeyd edib ki, layihəyə əsasən, ABŞ, İsrail və "düşmən hesab edilən digər dövlətlərə" məxsus gəmilərin Hörmüz boğazından keçidi qadağan ediləcək.
Səlimi vurğulayıb ki, İrana zərər vurmuş ölkələr dəymiş ziyanı tam ödəyənədək Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi ala bilməyəcəklər.
