Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyulub, ödəniş tələb edilir - VİDEO
Qax rayonunun İlisu qəsəbəsi istiqamətində yerləşən və turistlərin ən çox ziyarət etdiyi Ramramay (İlisu) şəlaləsinə aparan yolda hərəkətin məhdudlaşdırıldığı bildirilir.
AFN.az xəbər verir ki, şəlaləyə gedən yolun yaxınlığında naməlum şəxslər tərəfindən tikili inşa olunub və əraziyə şlaqbaum quraşdırılıb.
İddialara əsasən, həmin şəxslər şəlaləni ziyarət etmək istəyən vətəndaşlardan əraziyə keçid üçün ödəniş tələb edirlər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə də yolun şlaqbaumla bağlandığı əks olunur.
Həmin görüntüləri təqdim edirik:



