Tramp ABŞ-da sursat çatışmazlığı ilə bağlı iddiaları təkzib edib



ABŞ Prezidenti Donald Tramp ölkəsinin ciddi sursat çatışmazlığı yaşadığı barədə yayılan məlumatları təkzib edib və bu cür iddiaları yayan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

AFN.az xəbər verir ki, Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın kifayət qədər hərbi ehtiyata malik olmadığı barədə xəbərləri rədd edib.

O bildirib ki, ABŞ-ın, xüsusilə müəyyən növ sursatlardan çox böyük ehtiyatı var. Tramp qeyd edib ki, bundan əlavə, ehtiyac yarandıqca böyük həcmdə sursat istehsal olunur və ölkəyə çatdırılır.

Trampın sözlərinə görə, müdafiə sənayesi şirkətləri hazırda ABŞ tarixində ən çox sayda yeni müəssisə və zavod tikirlər.

ABŞ Prezidenti "Bu xəyanət xarakterli məlumatları sızdıran şəxslər axtarılır. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb olunacaq" deyə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu