Tramp: Yaponiya ilə ayrıca ticarət sazişi olmayacaq

ABŞ Yaponiyanın Amerika düyüsünü almaqdan imtina etməsi səbəbindən bu ölkə ilə ayrı ticarət sazişi imzalamayacaq. Bu barədə iyunun 30-da ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O, Truth Social sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Tokio ölkədə bu məhsulun böyük çatışmazlığı olmasına baxmayaraq, Vaşinqtondan düyü almaqdan imtina edib.
Tramp deyib ki, bu, Yaponiyanın ABŞ-a münasibətdə necə korlanmış olduğunu göstərir. O, bununla belə əlavə edib ki, Birləşmiş Ştatlar Yaponiya kimi ticarət tərəfdaşına sahib olmağa yenə də məmnun olar.