Magistrlərin ən az seçdiyi 5 universitet - SİYAHI


Ötən həftə magistratura səviyyəsi üzrə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələr universitetlər üzrə plan yerlərinin doluluq səviyyəsini də ortaya qoyub. Bəzi ali təhsil müəssisələrində plan yerlərinin böyük hissəsi boş qaldığı halda, bir neçə universitetdə doluluq göstəricisi 50 faizə belə çatmayıb.

AFN.az "AzEdu.az"a istinadən xəbər verir ki, ali məktəblər arasında plan yeri ən az dolan 5 ali təhsil müəssisəsi müəyyənləşib.

Belə ki, Bakı Avrasiya Universiteti 169 plan yeri ayırdığı halda, cəmi 36 yer dolub və 21.30%-lik nəticə ilə ən az seçilən universitet olub.

Azərbaycan Kooperasiya Universitetində 315 plan yerinin 115-i (36.51%), Bakı Xoreoqrafiya Akademiyasının 20 plan yerinin yalnız 8-i (40%) dolub.

"Odlar Yurdu" Universitetinin 388 plan yerinin 175-i (45.10%), Azərbaycan Texnologiya Universitetinin isə 191 plan yerindən 87-si dolaraq 45.55%-lik nəticə göstərib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu