Qvineya Fransadan milli qəhrəmanın kəllə sümüyünü tələb edir


Qvineya rəsmi şəkildə Fransadan Parisin müstəmləkəçilik siyasətinə qarşı mübarizə qəhrəmanı Bokar Biro və onun üç silahdaşının kəllə sümüklərinin qaytarılmasını tələb edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Qvineya Respublikasının Mədəniyyət, Turizm və Sənətkarlıq naziri Mussa Moiz Sillaya istinadən "RFI" radiostansiyası məlumat yayıb.

Bokar Biro müasir Qvineya ərazisində mövcud olmuş və fransız müstəmləkəçilərinə müqavimət göstərən son teokratik dövlət olan Futa-Callonun sonuncu əl-mamisi (siyasi və dini rəhbəri) olub. 1896-cı ildə qoşunlarının məğlubiyyətindən sonra Biro əsir götürülərək başı kəsilib və kəllə sümüyü Fransaya aparılıb. Qvineya sümüklərin hələ də Fransa ərazisində saxlanıldığına dair rəsmi təsdiq aldıqdan sonra bu tələbi irəli sürüb.

Bir qədər əvvəl Konakri antikolonial müqavimətin digər rəhbərlərindən biri və müstəqil Qvineyanın ilk prezidenti Əhməd Seku Turenin əcdadı olan Samori Turenin şəxsi sənədlərinin Fransadan qaytarılmasına nail olmuşdu.

Keçən ilin sentyabrında isə Fransa Madaqaskarın tələbi ilə 1897-ci ildə fransız müstəmləkəçiləri tərəfindən qətlə yetirilmiş Sakalava etnik qrupunun hökmdarı Kral Tueranın kəllə sümüyünü və digər artefaktları Antananarivuya təhvil verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu