Papua-Yeni Qvineyada 5,1 bal gücündə zəlzələ baş verib
Papua-Yeni Qvineyanın cənub-şərqində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri təxminən 283 min əhalisi olan Port-Morsbi şəhərindən 334 kilometr şimalda yerləşib. Seysmik aktivliyin ocağı isə yerin 46 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib.

