Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 555 min insanın yaşadığı Kaqosima şəhərindən (Kyuşu adası) 200 km cənub-şərqdə yerləşib. Episentr 28 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.