ABŞ-də miqrasiya polisinə elektrik şoku verən əlcəklərin tədarükü etirazlara səbəb olub



ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları üçün elektrik şoku verən xüsusi əlcəklərin tədarükünə 20 milyon dollarlıq büdcə ayırıb. Qərar insan hüquqları təşkilatlarının və vətəndaş cəmiyyəti qurumlarının etirazına səbəb olub.

AFN.az xəbər verir ki, sözügedən əlcəklərin həbsxanalarda istifadəsi ilə bağlı məhkəməyə çıxarılan hallar diqqət çəkir.

Kentukki ştatında bir həbsxanada saxlanılan 43 yaşlı şəxsin əməkdaşlar tərəfindən əlcək və elektroşok cihazı ilə dəfələrlə elektrik şokuna məruz qoyulmasından sonra həyatını itirməsi ilə bağlı başladılan hüquqi proses davam edir.

Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) nümayəndələri miqrasiya polisinin küçələrdə və saxlanma mərkəzlərində bu cihazlardan nəzarətsiz şəkildə istifadəsinin zorakılığı və qaydalara məhəl qoymama hallarını artıracağı barədə xəbərdarlıq edirlər.

G.L.O.V.E. adı ilə istehsal edilən cihaz toxunulan çılpaq dəriyə düyməyə basıldığı anda elektrik cərəyanı verir.

Minimum 324, maksimum 380 volt güc istehsal edən əlcəyin yaşlılar, uşaqlar, hamilələr və əlillər üzərində istifadə edilməməli olduğu bildirilir.

Əlcəklərin ABŞ üzrə təxminən 50 polis idarəsində, bəzi səhiyyə müəssisələrində və məktəblərdə istifadə edildiyi qeyd olunur.

Omaha şəhərində bir orta məktəbdə polis əməkdaşının şagirdə əlcəklə şok verməsindən sonra yaranan etirazlar nəticəsində məktəblərdə bu cihazlardan istifadəyə son verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu