Cənubi Afrikada elektrik cərəyanı vurması nəticəsində 8 nəfər ölüb


Cənubi Afrikanın Keyptaun şəhərində güclü fırtınanın elektrik infrastrukturunda vurduğu ziyan nəticəsində elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həyatını itirib.


Keyptaun Fəlakət Əməliyyat Mərkəzindən verilən açıqlamada şiddətli fırtına səbəbiylə elektrik şəbəkəsinin zədələndiyi, Dritsands bölgəsində 4 böyük, Filippi bölgəsində isə 4 uşağın elektrik cərəyanı vurması nəticəsində öldüyü açıqlanıb.

Günlərdir davam edən şiddətli tufan Keyptaun ətrafında sel, daşqın və sürüşmələrə səbəb olub.

Keyptaun Böyükşəhər Bələdiyyə Başçısı Geordin Hill-Lewis verdiyi açıqlamada şiddətli fırtınanın vurduğu zərərin aradan qaldırılması üçün resursların ayrılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu