Kürdə batan qız Azərbaycan çempionu imiş
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.
AFN.az APA-ya istinadən xəbər verir ki, Kür çayında batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova əraziyə ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədova agentliyin yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.
Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub. O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də vurğulayıb.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub. O, sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.





