Tramp: İranla danışıqları səssiz şəkildə aparırıq



ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqlar prosesi ilə bağlı əvvəlki mövqeyinin əksinə olaraq, münasibətləri səssiz şəkildə aparmağı seçdiklərini bildirib. 

AFN.az xəbər verir ki, Tramp İranla davam edən danışıqlar prosesi ilə bağlı açıqlama verib.

İranla danışıqların gedişatı barədə sualı cavablandıran Tramp, “Bunu səssiz şəkildə edirik”, - deyib.

Tramp İranla yalnız yarımçıq danışıqlar apardıqlarını bildirərək, “İranı, yüksək inflyasiyasını və pulsuzluğunu sadəcə izləyirik”, - ifadələrini işlədib.

İranın iqtisadi baxımdan çox pis vəziyyətdə olduğunu və əsgərlərinin maaşlarını ödəməyə pulunun olmadığını vurğulayan Tramp, ABŞ-ın dəniz blokadasının İran rejiminin iqtisadi böhranını daha da ağırlaşdırdığını bildirib.

İranla yaşanan qarşılıqlı söz atışmaları ilə bağlı isə Tramp “İşlər yoluna düşəcək, həmişə yoluna düşür. Bu, şahmat oyunu kimidir”, - deyə qiymətləndirib.

ABŞ mediasında Trampın son bir həftəyə qədər İrana qarşı hücumları davam etdirmək niyyətində olduğu, lakin ABŞ ordusundan, xüsusilə bəzi yüksək keyfiyyətli raket ehtiyatlarının ciddi şəkildə azaldığı barədə məlumat aldıqdan sonra bu qərarından vaz keçdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Həmçinin ABŞ Prezidentinin təxminən son bir həftə ərzində verdiyi açıqlamalarda İrana yönəlik ritorikasında daha ehtiyatlı olduğu müşahidə edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu